Avropa Kardiologiya Cəmiyyətinin qabaqcıl kardioloji reabilitasiya kursu Bakıda
Azərbaycan Kardiologiya Cəmiyyəti məmnuniyyətlə 13–14 mart 2027-ci il tarixlərində Bakı şəhərində Avropa Kardiologiya Cəmiyyəti (ESC) və Avropa Preventiv Kardiologiya Assosiasiyasının (EAPC) “Advanced Cardiac Rehabilitation for Complex Cardiac Conditions and Sports Cardiology” adlı qabaqcıl tədris kursunun keçiriləcəyini elan edir
Bu nüfuzlu elmi-tədris tədbirində Avropanın kardiovaskulyar profilaktika, kardioloji reabilitasiya və idman kardiologiyası sahəsində tanınmış mütəxəssisləri iştirak edəcəklər. Kurs çərçivəsində müasir elmi sübutlar, beynəlxalq tövsiyələr və mürəkkəb klinik vəziyyətlərdə tətbiq olunan praktik yanaşmalar təqdim ediləcək, interaktiv müzakirələr və təcrübə mübadiləsi üçün geniş imkan yaradılacaq.
Bu kursun Bakıda keçirilməsi Azərbaycan və region ölkələrinin mütəxəssisləri üçün Avropanın aparıcı ekspertləri ilə birbaşa elmi ünsiyyət qurmaq, peşəkar biliklərini inkişaf etdirmək və kardioloji reabilitasiyanın müasir standartları ilə yaxından tanış olmaq baxımından mühüm fürsətdir.
Azərbaycan Kardiologiya Cəmiyyəti adından bütün kardioloqları, reabilitasiya mütəxəssislərini, idman həkimlərini və bu sahələrə maraq göstərən digər səhiyyə mütəxəssislərini Bakıya dəvət edir və onları bu mühüm kursda fəal iştirak etməyə çağırırıq.